azia.az
azia.az

Tovuzda pendirdən zəhərlənən bir ailənin 4 üzvünün vəziyyəti məlum olub - FOTO - YENİLƏNİB-1

Bu gün, 16:12

Dünən saat 16:00 radələrində zəhərlənmə şübhəsilə 4 nəfər (2-si kişi, 2-si qadın olmaqla) Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Onlara dəqiqləşdirilməmiş qida zəhərlənməsi diaqnozu təyin edilib.

Pasiyentlərin hər birinə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb.

***

16.11.2025

Xəbərə fotolar əlavə edilib.


***

16:11

Tovuzda zəhərlənmə faktı qeydə alınıb.

APA-nın yerli bürosunun məlumatına görə, rayon sakinləri 1986-cı il təvəllüdlü R.Əmədli, 1989-cu il təvəllüdlü V.Əhmədli, ailənin övladları 2010-cu il təvəllüdlü D.Əhmədli və 2013-cü il təvəllüdlü B.Əhmədli zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Dərhal onlara yardım edilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Məlumata görə, zəhərlənən şəxslər yaşadıqları evdə pendir yedikdən sonra zəhərləniblər. Hadisə yerinə AQTA əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi