azia.az
azia.az

Pediatriya Mərkəzində niyə laborator müayinə aparılmır? Şəfəq Əhmədova pasiyenti qəbul etmədi…-Şikayət

Bu gün, 18:26

Ölkədə “TƏBİB” in uğurlu fəaliyyətinə kölgə salan həkimlər və tibb işçiləri barəsində aidiyyatı qurumlar lazımi tədbirlər görürlər. Lakin belə hallar və şikayətlər sosial platformada səngimir.

Bəzi həkimlər həm dövlət, həm də özəl xəstəxanalarda çalışırlar. Maraqlıdır ki, vətəndaşlar dövlət xəstəxanasındakı bir həkimə müraciət edən zaman bir çox hallarda həmin həkim dövlət xəstəxanasında uyğun avadanlıq və ya şəraitin olmadığını bildirərək onu digər çalışdığı və yaxud (faiz razılaşması ilə)  işlədiyi  özəl klinikaya yönləndirir.

Bu da təbii olaraq, vətəndaşa baha başa gəlir. Xüsusilə analiz, laborator müayinə zamanı belə hallar təkrarlanır. Şəxs dövlət xəstəxanasında həkimə müayinə olunur, əsas prosedur isə həkimin yönləndirməsi ilə digər işlədiyi özəl klinikada reallaşır. Belə hallar isə normal olaraq vətəndaşları narahat edir.

XALQ-a daxil olan məlumata görə Respublika Pediatriya Mərkəzinin Ə. Qarayev adına Uşaq Klinik Xəsətanasının nefroloqu Şəfəq Əhmədova pasiyentə lageyd münasibət göstərib və xəstəni müayinə etməkdən imtina edib.

media-911

 

Şikayətçi L.Məmmədova  20.09.2025-ci ildə azyaşlı övladını müayinə etdirmək üçün nefroloq Şəfəq Əhmədovanın qəbulunda olublar.

Həkim müayinə edərək  uşağı laborator müayinə olunmasını təlimatını verib.

Lakin Respublika Pediatriya  Mərkəzində deyil özəl klinikaya yönləndirib. Valideynin iradından sonra “Burada laborator müayinə yoxdur sualına isə  var sadəcə daha keyfiyyətli və dəqiq  cavabların olması üçün özəl klinikada laborator müayinədən keçin deyib.

L.Məmmədova özəl klinikaya deyil, dövlət xəstəxanasında peşakar mütəxəssislərin müayinəsi tələb etdikdən sonra həkim Şəfəq Əhmədova Pediatriya  Mərkəzində müayinə təlimat verib.

Müəyyən dərmanlar yazaraq bir həftə analiz cavabları olduqdan sonra yenidən müayinə edəcəyini  qeyd edib və 27 sentyabrda qəbula gəlmələrini bildirib.

media-03

Şikayətçi qeyd edir ki, müayinə zamanı həkim anladı ki, öz haqqımızı tələb edirik və ona pul verilməyəcək yəni  “hörmət” edilməyəcəyini bildiyi halda  laqeyd münasibət bəslədi.

27 sentyabrda analiz cavabları hazır olduqda şikayətçi bildirir ki, təkrarən Şəfəq Əhmədovanın qəbuluna gediblər. Doğrudur 14.45 idi və növbəsinin bitməsinə az qalmışdır. Həkimi şöbədən xahiş edib çağırtdıqda elə dəhlizdə  sual cavab yarandı.

 -Həkim Şəfəq Əhmədova:  “Nə lazımdır? Mən xəstəni xatırlamıram…. 

Analizlərin cavablarını göz ucu baxaraq təkrarən mən xatırlamıram nə dərmanlar yazmışam ötən həftə bilmirəm … lageyd münasibət bəsləyərək xəstəni müayinə etməkdən imtina etdi.

media-sefeq

Xəstə uşağın valideyni bildirir ki, bu davranışa görə həkimə sizi TƏBİB-ə şikayət edəcəyik. Həkim isə, cavabında gedin edində mən özüm TƏBİB-in kuratoruyam… və xəstəni müayinə etməyərək çıxıb getdi.

Bu proses Respublika Pediatriya  Mərkəzinin dəhlizində digər pasiyent valideynlərinin və xəstə uşaqların gözü qarşısında baş verdi.

Şikayətçi bildirir ki, məsələ ilə bağlı səlahiyyətli şəxslərin qəbuluna belə girə bilməyiblər, çünki Pediatriya Mərkəzinin nə direktoru Azər Əhmədov, nə müavini, nə baş həkim Emil Nuriyev, nə baş həkimin müavini heç biri olmayıb.

media-033

 

Məsələ ilə bağlı şikayətçi TƏBİB-in rəhbəri Vüqar Qurbanovdan xahiş edir ki,  pasiyentlərə laqeyd münasibət bəsləyən, şəxsi ambisiyalar üzərində fəaliyyət göstərən Şəfəq Əhmədova haqqında lazımi tədbirlər görülsün ki, bir daha belə hallar təkrarlanmasın və Respublika Pediatriya Mərkəzinə müraciət edən pasiyentlərə laborotor müayinlər üçün özəl xəstəxanalara yönləndirilməsinə son verilsin.

Xususi qeyd: Araşdırmalarımız zamanı müyyən olunmuşdur ki, Respublika Pediatriya  Mərkəzində beynəlxalq standartlara cavab verən və müasir laborator aparatlarla təchiz olunmuşdur.

media-01media-04media-02

Məsələ ilə bağlı Pediatriya Mərkəzindən heç bir açıqlama almaq mümkün olmadı.

Yazıda adları keçənlərin və qurumların fikirlərini dərc etməyə hazırırq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi