azia.az
azia.az

"Etalon Hospitalı"nın plastik cərrahı Seymur Məmmədov əməliyyat etmişdi- 34 yaşlı qadın öldü

22-03-2025, 09:11

Xəbər verdiyimiz ki, Sumqayıtda 34 yaşlı qadın liposaksiyadan sonra ölüb.

XALQ.AZ xəbər verir ki, hadisə şəhərin 18-ci məhəlləsində yerləşən 2 saylı yataqxanada qeydə alınıb.

Məlumata görə, 1991-ci il təvəllüdlü Rəvanə  Mirzəyevanın meyiti yaşadığı evdə aşkarlanıb.

media-etal

Onun fevralın 27-də Bakı şəhərində yerləşən “Etalon hospital”da liposaksiya əməliyyatı etdirdiyi bildirilib.

Əməliyyatı “Etalon hospital”ında plastik cərrahı Seymur Məmmədov edib.  Seymur Məmmədovla əlaqə yaratmağa çalışsaqda köməkçisi doktor hal-hazırda əməliyyatdadır, və heç bir açıqlama verə bilmərik deyə bildirildi.

 

Rəvanə Mirzəyevanın fotosunu təqdim edirik:

media-81

Hüquq -mühafizə orqanları tərəfindən ölüm faktı ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, “Etalon hospital” direktoru Nizami Mehdizadədir

Məsələ ilə bağlı qarşı tərəfindən fikirlərini dərc etməyə hazırıq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi