azia.az
azia.az

Həkim səhlənkarlığı nəticəsində ölüm halına görə CƏZA NƏDİR?

26-02-2025, 20:59

Son dövrlərdə ölkəmizdə həkim səhlənkarlığı nəticəsində ölüm halları ilə bağlı xəbərlərə rast gəlirik. Bəzi hallarda isə həkimə müraciət edən şəxslər cərrahiyyə əməliyyatları zamanı və yaxud da müalicə müddətində sağlıqları ilə bağlı ciddi zərər görürlər. 


Bəs ölkə qanunvericiliyinə görə həkim işində yol verdiyi səhlənkarlığına görə hansı məsuliyyətə cəlb olunmalıdır? Ümumiyyətlə həkim məsuliyyətsizliyi səbəbindən ölüm baş verərsə və ya müxtəlif səbəblərdən vətəndaşın sağlamlığına zərər vurularsa həkimlər üçün hansı cəza nəzərdə tutulub?


Mövzu ilə bağlı Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, vəkil Səadət Vəliyeva Referans.az-a açıqlamasında bildirib ki, təcrübədə bu məsələ çox zaman çətinliklər yaradır. Çünki burada məsuliyyətin kimə aid edilməsi, təqsirin olub-olmaması, vurulan zərərin ödənilməsi və s. kimi məsələlər bəzən düzgün araşdırılması vacibdir.


Vəkil onu da bildirib ki, bu cür işlərdə ekspertiza rəyi də mütləqdir. Lakin ölkəmizdə dəbdə olan və daha çox vətəndaşların əziyyət çəkdiyi plastik cərrahiyyə sahəsində isə çox təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, ekspertiza tərəfindən verilən rəylərdə ancaq cərrahiyyə əməliyyatlarından sonra hər hansı bir ağırlaşma və ya fəsadın olub  - olmadığı müəyyən olunur, eybəcərləşmənin məhkəmə - tibbi məhfumu olmadığı bildirilir.  Bu cür hallarda da vətəndaşların hüquqularını bərpa etmək çətinlik yaradır.



Vəkil həmçinin onu da xatırladıb ki, həkim işində baş vermiş səhlənkarlığa görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314-cü maddəsi ilə məsuliyyət daşıyır.

 

Sonda isə bu mövzuda qanunverilikdə məsuliyyət və cəzalarla bağlı məlumatları təqdim edirik:


314.1. Səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda: 1500 manatdan 3000 manatadək miqdarda cərimə və ya 240 saatdan 460 saatadək ictimai işlər və ya 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 6 ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 314.2. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda: 2 ildən 5 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 314.3. Məcəllənin 314.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan 2 və daha çox şəxsin ölümünə səbəb olduqda: 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.  



Bünyamin Bünyadzadə


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi