azia.az
azia.az

Zəhərlənmədən 7 nəfər ÖLDÜ

5-02-2024, 19:18

Yanvarda 664 nəfər zəhərlənib.

Bu barədə Referans.az-a Kliniki Tibbi Mərkəzdən məlumat verilib.

Qeyd olunub ki, onlardan 93 nəfər Toksikologiya şöbəsinə qəbul edilib.

“Şöbəyə qəbul edilən xəstələrdən 16-sı dəm qazından, 6-sı botulizmdən, 40-ı dərman zəhərlənməsindən, 5-i etanoldan, 3-ü allergik reaksiyadan, 23-ü isə sirkə turşusundan zəhərlənən şəxslərdir”, – qurumdan bildirilib.

Məlumata görə, həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 7-si dünyasını dəyişib: “Onlardan 6-sı kişi, 1-i qadın olub”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi