azia.az
azia.az

Zəhərlənən 703 nəfərdən 7-si dünyasını dəyişib-TƏFƏRRÜAT

5-09-2023, 13:00

Avqust ayında Kliniki Tibbi Mərkəzə zəhərlənmə ilə bağlı 703 nəfər müraciət edib.

Mərkəzin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, onlardan 162 nəfər Toksikologiya şöbəsinə qəbul edilib, digərlərinə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

Qəbul olunan xəstələrdən 83-ü dərmandan, 37-si sirkə turşusundan, 17-si etanoldan, 2-si dəm qazından 1-i anaflaksiyadan zəhərlənib. Digərlərindən 4-ü allergik reaksiyadan, 1-i isə botulizm səbəbindən xəstəxanaya yerləşdirilib.

Həmçinin onlardan 16 nəfəri ilan, 1-ni isə həşərat sancıb.

Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 7-si dünyasını dəyişib. Onlardan 6-sı kişi, 1-i qadın olub. Ölüm halının 6-sı sirkə turşusundan, 1-i isə dərman zəhərlənməsindən baş verib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi