azia.az
azia.az

Mingəçevir şəhər xəstəxanasında xəstələr belə incidilir

28-01-2024, 18:02

Mingəçevirdən 24xeber.az-ın redaksiyasına məlumat ünvanlanıb. Yazını olduğu kimi dərc edirik.

Hörmətli 24xeber.az-ın rəhbərliyi, xahiş edirəm bizim bu çətinliyimizi ictimailəşdirərdiniz. Mingəçevir hamımızın şəhəridir. Problemləridə hamımızın problemidir. Ancaq tək əldən səs çıxmaz.Birlik olsa,hər kəs öz haqqını tələb etsə bəzi dələduz işbazlarda çəkinərlər öz məkirli niyyətlərindən. Mingəçevir səhiyyəsinin təkcə şəkər xəstələrinin başlarına gətirdikləri problemləri çatdırmaq istəyirəm nəzərinizə. Özüm də 1ci qarabağ müharibəsi veteranı şəkər xəstəsiyəm. Əvvəllər şəkər xəstələri üçün dövlət ayrılmış dərmanları vaxtı vaxtında hər kəsin ehtiyacına uyğun olaraq verirdilər. Həm də xəstələr narahat olmasın deyə ayın günlərinə bölüb növbəynən verərdilər. İndi qəsdən bütün xəstələri bir günə salıb bir birinin başına çıxardırlar. Bir xəstəyə ehtiyacı olduğundan qat qat az miqdarda test insulin verilir. Deyirlər yuxarıdan az verirlər. Apteklər isə doludur ağzınacan.Şəkər xəstəliyi ən ağır xəstəliklərdən olduğu üçün dövlətimiz hər cür yardım edir. Ancaq bu ərkəsöyün həkimlər heç kimi veclərinə almır dərmanlarımızı testlərimizi insulinlərimizi mənimsəyirlər. Nə hökumətdən qorxurlar nə allahdan. 2-3 ay bundan öncə camaat qalxıb narazılıqlarını bildirib sosial şəbəkələrdə çəkib göstərdilər. Hər şey qaydasına düşdü. İndi yenə köhnə hamam köhnə tas. Sübut istəyirsinizsə dərman verilən bircə gün gəlin qıraqdan seyr edin görün bu yazıq xəstələrə nə zülm verirlər. Nə üçün dərmanların verilməsini bir günə salırlar?Cavab birdir.Öz fırıldaqlarını ört basdır etmək üçün.

Əlavə olaraq onu da bildiririk ki, Mingəçevir Şəhər Xəstəxanası Publik Hüquqi şəxsinin direktoru Faiq Abdullayev sanki Qarabağ müharisinin qazilərinə “müharibə” elan edib. Belə ki, 44 günlük vətən müharibəsinin qazisi 3-cü qrup müharbə əlili Anar Mehdiyevin də bildirdiyinə görə xəstəxanada qazilərin müalicə aldığı şöbələr pis vəziyyətədədi. Şikayət etsək də baxan yoxdu..


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi