azia.az
azia.az

Bu VİRUS yeni bir epidemiyaya səbəb ola bilər

22-01-2024, 13:35

Alimlər aşkar ediblər ki, Sibirdəki buzlaqlarda saxlanılan mikroblar yeni, daha ölümcül epidemiyaya səbəb ola bilər.

Alimlər qədim mikroorqanizmlərin yaratdığı xəstəliyin ilkin hallarını aşkar edəcək Arktika monitorinq şəbəkəsini planlaşdırmağa başlayıblar. Bundan əlavə, mümkün epidemiyaya nəzarət etmək üçün yoluxmuş insanlara karantin və xüsusi tibbi müalicə təmin edəcək və yoluxmuş insanların ərazini tərk etməsinin qarşısını alacaq.

 Qlobal istiləşmə ilə Yer kürəsində həyata təsir göstərə biləcək yeni epidemiya təhlükəsi yaranıb…

Fransanın aparıcı qurumlarından olan Eks-Marsel Universitetinin alimləri Sibirdəki buzlaqlarda sıxışan qədim virusların yeni epidemiya təhlükəsi yarada biləcəyini açıqlayıb.

“Zombi virusları” adlandırdıqları Methuselah mikroblarının elm adamları tərəfindən təcrid edildiyi bildirilərkən, elm adamları qütblərdəki araşdırmaları daha da yaxından izləməyə qərar verdiklərini açıqlayıblar.

Aix-Marsel Universitetinin genetiki Jan-Mişel Klaveri, “Hazırda pandemiya təhlükələrinin təhlili cənub bölgələrində ortaya çıxa biləcək və daha sonra şimala yayıla biləcək xəstəliklərə diqqət yetirir” deyib.

“Əksinə olaraq, uzaq şimalda ortaya çıxa biləcək və sonra cənuba yayıla biləcək epidemiyaya az diqqət yetirilib – və məncə, bu, nəzarətsizlikdir. Orada insanları yoluxdurmaq və yeni bir xəstəlik epidemiyasına başlamaq potensialı olan viruslar var”.

İngilis The Guardian qəzetindəki xəbərdə Rotterdamdakı Erasmus Tibb Mərkəzindən virusoloq Marion Koopmans da bu fikri dəstəklədiyini söyləyib. “Biz əbədi donda hansı virusların olduğunu bilmirik, amma düşünürəm ki, bir xəstəliyin başlanmasına səbəb ola biləcək bir virusun olması riski var – məsələn, poliomielit xəstəliyinin köhnə bir növü. Biz belə bir şeyin olduğunu güman etməliyik. Bu baş verə bilər” Koopmans deyib.

Klaverinin rəhbərlik etdiyi elm adamları 2014-cü ildə bölgəni tədqiq edərək, bu mikrobların min illərdir donmuş torpaqda basdırılmış olmasına baxmayaraq, hələ də təkhüceyrəli orqanizmləri yoluxdura biləcəyini aşkar ediblər. Keçən il aparılan başqa bir araşdırma Sibirin yeddi fərqli bölgəsindən toplanan mikrobların və virusların mədəni hüceyrələrə sirayət edə biləcəyini ortaya qoyub. İstifadə edilən virus nümunələrindən birinin 48 min 500 il yaşı olduğu bildirilib.

“BU İNSANLAR ÜÇÜN RİSK DOĞURUR”

“Təcrid etdiyimiz viruslar yalnız amöbaları yoluxdura bilərdi və insanlar üçün heç bir risk yaratmadı. Lakin bu, hazırda dondurulmuş digər virusların insanlarda xəstəlik törədə bilməyəcəyi anlamına gəlmir”.

Mütəxəssislər bu virusların soyuq, qaranlıq və oksigensiz donmuş torpaqlarda rast gəlindiyini, lakin iqlim dəyişikliyi ilə ortaya çıxa biləcəyinə diqqət çəkib, başqa bir risk faktorunu da müzakirə ediblər.

“Qütb dəniz buzunun yox olması viruslara səbəb olsada, bu, Sibirdə gəmiçilik, nəqliyyat və sənayenin inkişafına imkan verir. Əsas mədənçilik əməliyyatların planlaşdırıldığını və neft, qaz, filiz çıxarmaq üçün dərin donmuş zəmində böyük çuxurlar qazılacaq” deyə Klaver vurğulayıb.

Mənbə: TGRT

Aynur Camal


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi