azia.az
azia.az

“Bakıda 75 manata aldığım dərman Türkiyədə 15 manatdır”-RƏZALƏT

7-09-2023, 08:28

Şikayətçi: “Bakıda 75 manata aldığım dərman Türkiyədə 15 manatdır”

Azia.az  Oxu.az-a istinadən xəbər verir ki, Türkiyədən gətirilən dərmanlar Azərbaycanla müqayisədə kifayət qədər ucuz satılır. Məsələn, şəkər xəstələri üçün nəzərdə tutulan preparat ölkəmizdə 75 manatdırsa, Türkiyədə bu dərman 15 manata satılır.

İqtisadçı ekspert Əkrəm Həsənov məsələ ilə bağlı bildirib ki, qiymət fərqi belə böyükdürsə, burada inhisarçılıq var:

“Qiyməti bazar müəyyən edirsə, istənilən sahibkar gedib onu Türkiyədən və yaxud başqa ölkədən alıb daha ucuz qiymətə sata bilərdi. Vətəndaşlara tövsiyəm odur ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə qiymətin niyə belə baha olması barədə şikayət etsinlər”.

Onu da bildirək ki, Türkiyənin dərman şirkətlərinin saytlarında da bu qiymət təqribən 200 - 300 tl, yəni 15-20 manat aralığında qeyd edilib.

Millət vəkili Vüqar Bayramovun sözlərinə görə isə məhz belə hallarla bağlı qanuna edilən dəyişikliklər bir müddət sonra öz müsbət təsirini göstərəcək.

Qeyd edək ki, sözügedən preparat Tarif Şurasının qeydiyyata alınan dərman vasitələri siyahısında da yer alıb, qiyməti isə 75 manat 66 qəpik göstərilib.

Ətraflı Baku TV-nin süjetində:


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi