Dərmandan təsirli, dərdə çarə olan maddə - Bir salxım üzüm çəyirdəyində
Üzüm çəyirdəyində dərmanlardan daha yaxşı təsir göstərən prosiyanidin C1 (PCC1) maddəsi aşkar edilib.
Referans.az qafqazinfo-ya istinadən xəbər verir ki, buna ABŞ və çinli tədqiqatçılar nail ola biliblər.
Belə ki, alimlər üzüm çəyirdəyi ekstraktının qocalmış hüceyrələrlə yaxşı işlədiyini araşdırıblar. Onlar üzərində 46 bitki mənşəli dərmanı sınaqdan keçirməyə başlayıblar.
Məlum olub ki, o, nəinki qocalmış hüceyrələrin 80%-ni məhv edir, həm də qocalmanın səbəbi olan SASP zülallarının ifrazını sıfırlayır. Sınaqların nəticəsinə görə, üzüm çəyirdəklərindən mütəmadi istifadə bir insanın təxminən 75-90 yaş arası yaşamasını mümkün edə bilər.
PCC1 həmçinin ağciyərlərin, qan damarlarının və s. toxumaların köhnə hüceyrələrini də öldürür.