azia.az
azia.az

Ürək-damar xəstəlikləri irsi ola bilər - Kardioloqdan AÇIQLAMA

16-08-2023, 09:00

Səhiyyə Nazirliyinin 2022-ci il üzrə olan statistikasına görə, Azərbaycanda qəfil ölümlərin 50 faizindən çoxu ürək-damar xəstəlikləri səbəbindən baş verir. Statistik göstərici günü-gündən artmaqdadır. Kardioloji problemlərdən, qəfil ürəktutmadan dünyasını dəyişənlərin böyük hissəsini həm də gənclər təşkil edir ki, onların da çoxu heç bir xəstəliyi olmayan sağlam insanlardır. Kardioloji xəstəliklərin bu qədər çox olmasına səbəb nə ola bilər?

Mövzu ilə bağlı kardioloq Şəmşir Vəliyev Referans.az-a danışıb.

“Ümumiyyətlə, dünya ölkələrində də olduğu kimi Azərbaycanda da ürək-qan damar sistemi xəstəlikləri ölüm səbəbləri içərisində birinci yerdə dayanır. Bunun bir çox səbəbləri var. Ürək xəstəlikləri çox vaxt digər xəstəliklərlə yanaşı irəliləyir. Həmin xəstəliklərə arterial hipertaniya, şəkərli diabet və s. xəstəliklər daxildir. Çox vaxt pasiyentlər soruşur ki, bu xəstəlik irsidirmi? Bəli, ürək-qan damar sistemi xəstəlikləri həm atada, həm anada varsa, bunun övlada keçmə riski daha yüksəkdir. Ürək-qan damar problemlərinə səbəb olan xəstəliklərlə yanaşı başqa amillər də var. Bunlara energetik içkilərin qəbulu, tütün məhsullarının istifadəsi, narkotik maddələrin qəbulu və yaxud da fiziki işlə məşğul olanların bəzi hormonal maddələrdən istifadəsini aid etmək olar”.

Həkim qeyd edib ki, qan-damar problemləri yaşamamaq üçün mütləq şəkildə idmanla məşğul olmalı, piyada gəzintiləri həyat tərzimizə çevirməliyik.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi