azia.az
azia.az

Cinayət işi açılan həkimlər görün kimlərdir

2-07-2023, 08:51

Saatlı Rayon Mərkəzi Xəstəxanasının keçmiş baş direktorları Səidə Şahpələngova və Ələkbər Əkbərov, hazırkı şöbə müdiri Asif Həsənov barəsində cinayət işi başlanıb.

“Qafqazinfo”nun əldə etdiyi xəbərə görə, onlar vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə külli miqdarda mənimsəmədə ittiham olunurlar.

İş üzrə təqsirləndirilən şəxslər arasında xəstəxananın digər əməkdaşları Rəfail Quliyev və Mirqalim İbrahimov da var.

Onların hər biri Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda ziyan vurmaqla mənimsəmə) maddəsi ilə ittiham olunurlar.

Təqsirləndirilən şəxslərin yaşları nəzərə alınaraq istintaq dövrü müddəti üçün barələrində həbsə alternativ qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Səidə Şahpələngova bir neçə il əvvəl də vəzifə səlahiyyətlərindən sui-istifadəyə görə cinayət məsuliyyətinə cəlb edilib. Həmin vaxt iş üzrə dəymiş ziyan tam ödənildiyinə görə ona həbs cəzası verilməyib. O, bir müddət sonra vəzifəsindən azad edilib. S.Şahpələngovadan əvvəl isə xəstəxananın direktoru Ələkbər Əkbərov olub.
 

  • Azərbaycanda cinayət işi açılanhəkimlər görün kimlərdir
  • Azərbaycanda cinayət işi açılanhəkimlər görün kimlərdir
  • Azərbaycanda cinayət işi açılanhəkimlər görün kimlərdir
  • Azərbaycanda cinayət işi açılanhəkimlər görün kimlərdir



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi