azia.az
azia.az

Dövlət Xidmətində sahibkarlar üçün reklam qanunvericiliyi ilə bağlı seminar keçirilib

19-05-2023, 18:02


Təlimdə reklam yerləşdirən sahibkarların hüquq və öhdəlikləribarədə ətraflı məlumat verilib, onların təklifləri dinlənilib.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti (AİBNDX)  və Azərbaycan Qida Təhlükəsizliyinin Agentliyinin (AQTA) birgə təşkilatçılığı, Audiovizual Şuranın nümayəndələrinin iştirakı ilə qida məhsulları, alkoqolsuz içkilər sahəsində,o cümlədən bioloji aktiv qida məhsulları sahəsində fəaliyyət göstərən sahibkarların, müəssisə və təşkilatların maarifləndirilməsi məqsədilə seminar keçirilib. 

Dövlət Xidmətinin nümayəndələri tərəfindən iştirakçıların diqqətinə aidiyyəti sahələr üzrə haqsız rəqabət və reklam qanunvericiliyinin tələbləri çatdırılıb, sahibkarların hüquq və öhdəlikləribarədə ətraflı məlumat verilib.

Tədbir zamanı seminar iştirakçılarının xüsusi ilə bioloji aktiv qida məhsullarının qeydiyyatına, onların içlik vərəqlərinə və sosial şəbəkələrdə reklamlara dair sual və təklifləri dinlənilib, onlara müvafiq izahat verilib. 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi