azia.az
azia.az

Lyambliya qurdu əvvəl qorxulu görünmür, amma...

10-03-2023, 08:06

Lyamblya kimi tanıdığımız parazit qurdlardan lyamblioz - bağırsaqda yaşayan qurddur.


Azia.az  "Medicina"-ya istinadən xəbər verir ki, bu qurdların daşıyıcıları siçovullar, siçanlar, pişiklər və itlər də daxil olmaqla bir çox heyvanlardır. Lakin insan orqanizmində yaranan bu parazitə səbəb insan özüdür.


Bu parazit bağırsağın funksional pozğunluğuna səbəb ola bilər. Normalda bu parazitin daşıyıcısının heç bir şikayəti olmaya bilər.


Lyambliya paraziti iki formada vegetativ və kist şəklində olur. Parazitlər qidalanır və böyüyür. Bədəndən xaric olduqdan sonra isə kistlər canlı qalır.


Bu parazitin simptomları qarın nahiyyəsində ağrı, meteorizm, nəcisin pozulması, allergik reaksiyalar və nevrotik simptomlardır.


Lyambliya parazitinin spesfik simptomu var ki, digər xəstəlikləri müalicə etdikdə, özünü göstərmir. Müəyyən analiz vermədikdə isə bu parazitin bağırsaqda olub - olmamasından xəbərsiz olmaq olar. Analiz yolu nəcisin erkən yoxlanmasıdır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi