Bu ərzaqlar xərçəngi yaradan real səbəblərdir
Britaniya alimləri müasir insanların gündəlik yediyi sevimli qidalarnın xərçəng riskini artırdığını bir daha təsdiq edib.
Azia.az Bakupost.az-a istinadən xəbər verir ki, əsasən 3 qida xərçəngi 20 dəfə artırır. Sosis, bekon, vetçina.
Fərqi yoxdur sosisi qızardırsız və ya suda bişirirsiz, hər iki halda zərərlidir.
Siçanlar üzərində aparılan yeni tədqiqat göstərib ki, bu 3 qida şişlərin böyüməsini sürətləndirir.
Çünki bu qidaların hər birində əsas kanserogen maddə nitrit var.
Nitrit ət məhsullarına xarakterik çəhrayı rəng verir və müddətini artırır.
Onkoloq Andrey Vorobyev nitritlə zəngin termiki işlənmiş ət məhsulları ilə qidalanmadan sonra siçanlarda xərçəng şişləri 70% daha çix yaranıb, nəinki nitritsiz donuz əti verilən siçanlarda.
"Sübut olunub ki, nitratlarla zəngin qidalar yeyən siçanların bağırsağında 82% daha çox şiş yaranıb.
Həftədə 3 dəfə və daha çox texniki emal edilmiş ət məhsulları bağırsaq, süd vəzi, prostat xərçəngi yaradır.
Uşaqlıqdan gündəlik olaraq belə qidalar yeyənlər real olaraq gələcəyini, həyatını təhlükəyə atır.
Bu tədqiqat onu göstərir ki, ətin özündən çox, ona qatılan nitrat və kimyəvi maddələr xərçəngə təsir edir.