azia.az
azia.az

Bu tibb müəssisələri TƏBİB-in tabeliyindən

1-01-2023, 10:54

Bu gündən bir sıra tibb müəssisələri TƏBİB-in tabeliyindən çıxarılıb.

"Report" xəbər verir ki, TƏBİB-in tabeliyindən çıxarılan tibb müəssisələr aşağıdakılardır:

Milli Hematologiya və Transfuziologiya Mərkəzi və bölmələri, K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu, Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu, V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu, Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu, Azərbaycan Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu, Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi.

Qeyd edək ki, həmin tibb müəssisələri Səhiyyə Nazirliyinin tabeliyinə verilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi