Təzyiqi salmaq üçün ƏN ASAN ÜSUL
Bütün dünyada ölümün əsas səbəbi ürək-damar sistemi xəstəlikləri sayılır. Bu xəstəliklərin inkişafına təkan verən əsas amil isə yüksək təzyiqdir.
Bu səbəbdən təzyiqi hər zaman normada saxlamaq olduqca vacibdir.
Təəssüf ki, bir çox hallarda yüksək təzyiq özünü heç bir əlamətlə büruzə vermir və insana "hipertoniya" diaqnozu qoyulduqda artıq onun orqanizmində çox ciddi pozulmalar inkişaf etmiş olur. Məhz bu səbəbdən həkimlər 30 yaşdan sonra vaxtaşırı olaraq təzyiqi ölçməyi tövsiyə edirlər.
Hipertoniya xəstəsi təzyiqi normada saxlamaq üçün müəyyən dərmanları qəbul etməli, pəhriz saxlamalı, fiziki aktivliyini artırmalıdır.
Tanınmış britaniyalı həkim, biologiya və tibb mövzularında televerilişlərin aparıcısı, onlarla kitabların müəllifi Maykl Mosli təzyqi normada saxlamağa yardım edən çox sadə üsul açıqlayıb.
Gündəlik isti vannalar təzyqi salmağa yardım edir. "İsti damarları genişləndirir, ürəyə düşən gərginliyi azaldır" - həkim açıqlayıb.
Həkimin sözlərinə görə, Yaponiyanın Osaka Universiteti alimləri tərəfindən aparılmış araşdırma göstərib ki, isti vannalar infarkt riskini 28%, insult riskini isə 26% azaldır.
Həmçinin isti vannalar stres hormonlarının səviyyəsini aşağı salır, depressiya ilə mübarizə etməyə kömək edir.
Həkim isti vannaları ən azı həftədə 2 dəfə qəbul etməyi tövsiyə edir.
Suyun temperaturu insan üçün komfortlu olmalıdır.
Saglamolun.Az