Bir çox insanlar var ki, nə qədər tez yatsalar da, gecə mütləq 3-4 arası oyanır və sonra çətin yuxuya gedirlər.
Azia.az
xəbər verir ki, həkim hepatoloq Alla Yujnova bu insanların qaraciyərinin təhlükədə olmasının siqnalı ola bilər.
“Qaraciyərin qeyri-alkoqol, yəni içki təsiri olmadan piylənməsi ilk əvvəldə heç bir simptom, narahatlıq vermir. Amma sonrakı gedişatda çox təhlükəlidir.
Bu xəstəlikdə qaraciyərdə piy hüceyrələrinin sayı orqanın daxilində çoxalır. Getdikcə orqan divarında piy qalınlaşması, xəstə hüceyrələrin çoxalması baş verir və qaraciyərdə toksiki maddələr, qalıqlar toplanıb qalır.
Qaraciyərin nə qədər çox hissəsi piylə zədələnibsə, orqanın özünü bərpası və müalicəsi bir o qədər mümkünsüz olur.
Hətta qaraciyər tam iflas edib, orqan köçürülməsinə kimi gətirib çıxara bilər.
Bu zaman xəstələrdə çox xarakterik bir yuxu pozulması olur. Onlar gecə saat 3-4 arası qəfildən oyanır, sonra yuxuya getməkdə çətinlik çəkir. Bunun səbəbini müxtəlif yerlərdə axtarır.
Ola bilər ki, sizdə qaraciyərdə iltihabi proses və piylənməsi olsun, xüsusən qeyri-alkoqol piylənmə. Vaxtında qaraciyəri yoxladın”.
Alimlər də bildirir ki, yuxu pozulması və gecə oyanmaları qaraciyər xəstələrinin 60%-ni əhatə edir.
Qaraciyər piylənməsi həmişə insulin dirənci və II tip diabetə doğru gedir.BakuPost