Azərbaycan əhalisinə XOŞ XƏBƏR: bunlar HAMISI PULSUZ OLACAQ - VİDEO
Azərbaycanda bütün ölkə vətəndaşları icbari tibbi sığorta ilə Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərdən ödənişsiz istifadə edə bilərlər.
Azia.az-ın məlumatına görə, tibbi xidmətə ehtiyacınız yarandığı təqdirdə TƏBİB-in tabeliyindəki istənilən dövlət tibb müəssisəsinə şəxsiyyət vəsiqəniz ilə müraciət edə bilərsiniz.
Tibb müəssisəsində ixtisaslı həkimlər tərəfindən lazım olan tibbi xidmət göstərilir. Tibbi zərurət olduqda təminata alınan bütün laborator, diaqnostik müayinələr, fizioterapiya, ambulator və stasionar (xəstəxanada yatış) tibbi xidmət ödənişsiz həyata keçirilir. Dövlət tibb müəssisəsində lazım olan tibbi xidməti göstərmək mümkün olmadıqda, vətəndaşlara İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağladığı özəl tibb müəssisəsinə göndəriş verilir.
TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrinin siyahısı
Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrinin siyahısı
Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlər
Bu günlərdə icbari tibbi sığortaya daxil olan xidmətlər zərfinə əlavələrin ediləcəyi açıqlanıb. Belə ki, zərfə 700-dən çox tibbi xidmətin əlavə olunması planlaşdırılır.
.