azia.az
azia.az

Təciliyardım maşınlarının detalları kimlərə satılır?

1-11-2022, 16:16

Saytımıza daxil olan məlumata görə Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 9 saylı Bölməsinin baş həkimi  Əliyev Salman Kərim oğlu tabeçiliyində  olan xidmət maşınlarının ehtiyat hissələrinin yoxa çıxmasının səbəblərini əsaslandıra bilmir.  Bu barədə verilən suallardan yayınır. Əməkdaşımız araşdırma üçün sözügedən ərazidə olub. Fotolordan da göründüyü kimi binanın həyətində 20 yə yaxın maşın yararsız şəkildə dayanmaqdadır.  Maşınların deyilənə görə sürətlər  qutusu, mühərrikinin müyyən hissələri satılmış və ya yararsız hissələrlə dəyişdirilmişdir. Maşın ustalarının fikrinə görə həmin maşınlara nə qədər xərc qoyulsa da onları əvvəlki halına qaytarmaq mümkün  deyil.

Digər məlumata görə isə  təcili və təxirəsalınmaz tibbi yardım çantasında ilkin yardım üçün  dərmanlar çatışmır.  Bu barədə də baş həkimin susqunluğu yenə də buradakı abı-havanın nə yerdə olmasından xəbər verir.

 Baş həkim verilən suallara cavab olaraq bildirir ki, bəzən maşınların təkərini və başqa çatışmayan detallarını şəxsi vəsaitimiz hesabına alırıq.  “ Hər şeyi dövlətdən istəmək olmur ki”-deyə baş həkim bildirir.  Baş həkim idarəsində olan işçilərin və xidməti maşınların sayı haqqında məlumat verməkdən də imtina edir. Elə bunun özü də informasiya almaq və yaymaq haqqında qanunun kobud şəkildə pozulması deməkdir. Onda sual olunur, baş həkim  hansı şəxsi vəsaiti hesabına avadanlıq alır, bu vəsait hardandır? Bu isə bizim haqlı olaraq şübhələnməyimizə əsas verir ki, bu tibb ocağında həkimlərin əməyi istismar olunur. Əməyi  istismar olunan həkim də çağırışa getdiyi ünvanlardan nəsə umur. Təbii ki, bunlar hamısı bizim şübhələrimizdir.  Əlbəttə ki,  məsələni araşdırıb düzgün məlumat vermək isə aidiyyəti orqanların qalır.  Tədbir görülməsi üçün yazını Baş Prakrorluğa və Səhiyyə Nazirliyinə ünvanlayırıq. 

Ps. Xahiş edirik məsələnin  araşdırılması üçün əməkdaşımızın da iştirakı ilə komissiya təşkil olunsun. Vəziyyət yerində də yoxlanılsın. 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi