azia.az
azia.az

Mərkəzi Bankın bu qərarı biznes kreditlərinin bahalaşmasına səbəb olacaq

28-10-2022, 14:23


"Bir müddətdən sonra istehlak və biznes kreditlərinin bahalaşmasının şahidi olacağıq”. 

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib Mərkəzi Bankın uçot dərəcəsini artırılması ilıə bağlı qərarını şərh edərkən edib. Onun sözlərinə görə, Mərkəzi Bankın hansısa bir formada uçot dərəcəsinin birbaşa iqtisadi proseslərə təsiri olmur, amma bir müddətdən sonra dolayı təsirləri həmişə hiss edilir:

"Çünki Mərkəzi Bankın uçot dərəcəsi klassik anlamdır, iqtisadiyyat elminə əsasən ölkədəki kredit faizlərinin dərəcələrinə təsir göstərməli və pul kütləsinin dövriyyəsində müəyyən rol oyanmalıdır. Təəssüf ki, biz bunun Azərbaycanda birbaşa bağlantısını görməmişik. Bu, Mərkəzi Bankın institsional olaraq çox zəif olmasından xəbər verir. Məsələn, elə zamanlar olub ki, uçot dərəcəsi 3%, amma kredit dərəcələri 20-25% arasına dəyişib. Elə illər olub ki, xüsusən devalvasiyadan sonra, 2016-2017-ci illərdə Mərkəzi Bankın uçot dərəcəsi 15%-ə qalxıb. Amma kredit faizləri yenə həmin 20-25% arasında qalıb. İndi yuxarı həddi 9,25 %, aşağı həddi isə 8%-də saxlayıb, yəni artım 0,25% həddir. Ona görə bu, böyük bir artım deyil”. 
 



Natiq Cəfərli bildirib ki, Mərkəzi Bank bunun səbəbini infiliyasiya ilə əlaqələndirib:

"Guya dünya banklarının atdığı addım kimi bunlar da inflyasiya ilə bağlı mübarizə aparmaq üçün bu addımı artıb. Amma Azərbaycanda inflyasiyaya təsir göstərən əsas amillər uçot dərəcəsi deyil. Qərar bir müddətdən sonra kredit bazarında kreditlərin növbəti bahalaşmasına səbəb olacaq. 0,25% təqribən kdedit faizlərini 1% artıra bilər”. 

Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyəti uçot dərəcəsinin 0,25 faiz bəndi artırılaraq 7,75 %-dən 8%-ə qaldırılması barədə qərar qəbul edib.  Faiz dəhlizinin aşağı həddi 1 faiz bəndi artırılaraq 5%, yuxarı həddi isə yenə də 9,25 % müəyyən olunub. 



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi