Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 14 saylı BŞX-nin baş həkimi Budaqov Rüstəm Abdulla oğlu Qazax rayonunun Aşağı Salahlı kəndində ziyalı ailəsində anadan olub. O Tibb Universitetini bitirib. Goranboy rayonunda və digər rayonlarda çalışıb. Bu gün isə yuxarıda adını çəkdiyimiz tibb ocağına rəhbərlik edir. R. Budaqov işlədiyi sahədə öz fəallığı ilə seçilənlərdəndir.
Onu da qeyd edək ki, rüstəm hə.kimin həyat yoldaşı dil ədəbiyyat müəllimidir. Bu ailənin övladlarından B. Hilal, B. Pərvin onlardan biri Almaniyada digəri isə Bakı şəhərində çalışır. Digər övladı Budaqov Abdulla Rustəm oğlu da ziyalıdır. Həmin tibb ocağının həkimi (LOR), Ağayev Hüseyn ATU-nun müalicə-profilaktika fakültəsini bitirib. İnternatura keçdikdən sonra 1978-1982-ci illərdə Xəzər dəniz hərbi Hospitalında işləyib Ondan bu günə qədər 14 saylı BŞX-də ixtisasını davam etdirir. Yaxşı işinə görə fəxri fərmanlarla təltif olunub. Elmlər namizədidir, oğlu Ağayev Elşən isə Almaniyada işləyir. Onu da vurğulayaq ki, atası dərsliyin müəllifi olmuş otorinolarinqologiya
Sahəsində müdafiə etmiş. Həmin tibb ocağının ginekoloq həkimi Məmmədova Türkan Atu-nu bitirib. Bu günə qədər 14 saylı BŞX-də ginekoloq həkim işləyir. Həkim olmaq əmisi dossent Arif Kosayevdən ona keçib. İşlədiyi zaman kəsiyində kollektivin dərin hörmətin qazanıb.
Həmin tibb ocağının terapevt həkimi Nurlana Şükürova ATU-nu bitirib Terapevt həkim kimi işini davam etdirir. Səriştəli bir həkim kimi çalışdığı kollektivdə hər bir kəsin dərin hörmətini qazanıb.
Ceyhun