Növbəti pandemiya ilə bağlı xəbərdarlıq
Növbəti pandemiyanın buzlaqların əriməsi nəticəsində yarana biləcəyi iddia olunur.
Arktikanın təhlili zamanı buzlaqlardan gələn bakteriya və virusların ərimə nəticəsində təbiəti yoluxdura biləcəyini aşkar edilib.
Cebhe.info xəbər verir ki, sözügedən araşdırma "Proceedings of the Royal Society B" jurnalında dərc olunub.
Bildirilib ki, araşdırma qlobal istiləşmənin artmasının buzlaqların əriməsinə səbəb olduğunu, qapalı qalan virus və bakteriyaların vəhşi təbiətə çatma ehtimalının artdığını göstərir.
Xatırladaq ki, 2014-cü ildə Fransanın Marsel şəhərindəki Milli Elmi Tədqiqat Mərkəzinin alimləri Sibirdə donmuş torpaqlardan götürülmüş virusu canlandıra biliblər. Araşdırmada iştirak edənlər bu cür buz təbəqələrini "fəlakətin resepti" adlandırıblar.