Koronavirusun “kabus ştamı” hazırlandı, ilk sınağın dəhşəti... – “Odla oynayırlar, dayansınlar”
Amerikalı alimlərin laboratoriyada ölümcül koronavirus hazırladığı ortaya çıxıb.
Azia.az bildirir ki, bu barədə “Daily Mail” qəzeti məlumat yayıb. Məlumata görə, Boston Universitetinin laboratoriyasında inkişaf etdirilən virusa “kabus ştamı” adı verilib. Sözügedən ştama yoluxmuş 10 siçandan 8-i laboratoriyada ölüb. Başqa sözlə, kabus variantı olaraq bilinən ştamın ölüm nisbəti yüzdə 80 faizdir.
Alimlər bu səviyyədə ölüm nisbəti olan virusun ortaya çıxmasını “kabus ssenarisi” olaraq xarakterizə ediblər. Tədqiqatçılar “Vuhan Covid ştamı”na “Omicron”un zülalını əlavə ediblər və bu da virusu orijinal formasından dəfələrlə daha ölümcül edib.
Araşdırmalar isə qısa müddət ərzində elm aləminin bir nömrəli gündəm məsələsinə çevrilib. İsrail hökumətinin aparıcı alimlərindən olan professor Şmuel Şapira “Bu, tamamilə qadağan edilməlidir. Onlar odla oynayırlar”, deyə söyləyib.
Lakin vurğulanıb ki, ABŞ bu istiqamətdə işləyən yeganə ölkə deyil. Ötən dövrdə Çinin “Koronavirus sənədləri” ABŞ səlahiyyətliləri tərəfindən ələ keçirilib və bu ölkənin də sirr olaraq saxladığı layihə deşifrə edilib. ABŞ mətbuatında yer alan sənədlərə görə, çinli alimlər son 6 ildə bioloji və genetik silahlar, o cümlədən koronavirusla bağlı araşdırmalar aparırlar. Eyni sənədlərə əsasən, Pekin administrasiyası bu layihəni mümkün “Üçüncü dünya müharibəsi” ssenarisinə hazır saxlayır. Sənədlərdə gözlənilənlərin əksinə olaraq, Üçüncü dünya müharibəsinin kimyəvi və nüvə silahları ilə deyil, bioloji silahlarla aparılacağı tezisi var.
Xatırladaq ki, ÜST dərc etdiyi hesabatda koronavirusun laboratoriya sızma ehtimalının son dərəcə aşağı olduğunu qeyd etmişdi.