Dünya üzrə aparılan ictimaiyyət araşdırması, ABŞ Prezidenti Donald Trampın vəzifəyə gəldikdən sonra ölkənin beynəlxalq imicinə böyük zərər verdiyini ortaya qoydu.
azia.az xəbər verir ki, araşdırma nüfuzlu PRC tədqiqat mərkəzi tərəfindən aparılıb. 37 ölkədə 40 min nəfərlə görüşərək aparılan araşdırma, Yeni ABŞ Prezidenti Donald Tramp rəhbərliyinin siyasətinin beynəlxalq ictimaiyyətdə geniş olaraq qəbul edilmədiyini və Tramp vəzifəyə başladıqdan sonra ABŞ-ın dünyadakı imicinin xeyli dərəcədə gerilədiyini göstərdi. Ayrıca araşdırmaya qatılanların böyük əksəriyyəti yeni prezidenti, "Təkəbbürlü, dözümsüz və təhlükəli" olaraq qeyd edib.
OBAMA DÖVRÜNDƏ 64 FAİZ OLAN İNAM, TRAMP İLƏ YÜZDƏ 22-yə GERİLƏDİ
Keçmiş ABŞ Prezidenti Barak Obamanın prezident olduğu dövrdə tədqiqatın aparıldığı ölkələrdə ABŞ prezidentinin dünya məsələlərində doğru yolu tutduğuna duyulan güvən orta hesabla 64% ikən, Tramp vəzifəyə başladıqdan sonra bu nisbət yüzdə 22yə gerilədi. Obama dövründə orta hesabla 23 faiz olan inamsızlıq nisbəti Tramp dövründə yüzdə 74-ə qədər çıxdı.
Etibar itkisinin ən cəlbedici olduğu ölkələr ABŞ-ın Avropa və Asiyadakı yaxın müttəfiqləri oldu. ABŞ-ın Avropadakı ən əhəmiyyətli müttəfiqlərindən biri olan Almaniyada ABŞ prezidentinə duyulan güvən 86 faizdən 11-ə gerilədi. Bu inamsızlıq Almaniya Baş Naziri Angela Merkel tərəfindən də dilə gətirilmişdi. Merkel may ayında Münhendə keçirilən G7 zirvə toplantısının ardından Avropanın bundan sonra yalnız ABŞ-a bel bağlamadığını ifadə etmişdi.
ABŞ prezidentinə etimad Fransada 84faizdən 14-ə, İngiltərədə 79 faizdən 22-yə, Kanadada 83 faizdnə 22-yə düşdü.
ABŞ-a olan inamın yaxın dövrdə yaşanan problemlər səbəbiylə hazırda aşağı olduğu Türkiyədə isə Obama dövründə 45 faiz olan ABŞ prezidentinə duyulan güvən, Tramp dövründə yüzdə 11-ə gerilədi. Prezidentə olan etimad, Yaponiya, Cənubi Koreya, Filippin və Hindistanda da aşağı düşdü.
YALNIZ RUSİYA VƏ İSRAİL MƏMNUN
ABŞ-a olan inamın ənənəvi olaraq aşağı olduğu Rusiyada prezidentə olan etimad Obama dövründə 11% ikən, Tramp dövründə yüzdə 53-ə qədər çıxdı. Rusiyanın ABŞ prezident seçkilərinə müdaxilə etdiyinə dair şayiələr istər seçki dövründə, istərsə də Trampın vəzifəsinin ilk həftələrində Amerika ictimaiyyətində böyük mübahisələr yaratmışdı. Araşdırmanın aparıldığı 37 ölkə arasında Trampdan məmnun olan digər ölkə isə İsrail oldu. İsraildə ABŞ prezidentinin beynəlxalq münasibətlərdəki üstünlüklərinə olan etimad Obama dövründə yüzdə 49 ikən Tramp dövründə yüzdə 56ya çıxdı.
SƏYAHƏT QADAĞASI
Trampın əhalisinin əksəriyyəti Müsəlman olan 6 ölkənin vətəndaşlarının ABŞ-a girişlərinə məhdudiyyət gətirmək istiqamətində atdığı addım, iştirakçıların yüzdə 32-nin razılığını alarkən, yüzdə 62-si tərəfindən rədd edilib.
DÖZÜMSÜZ, TƏHLÜKƏLİ
Araşdırmada iştirakçılardan müsbət və mənfi xarakter xüsusiyyətlərinin yer aldığı bir siyahıdan Traumpı təsvir etmələri tələb olunub. İştirakçılar Trampın mənfi xüsusiyyətlərini önə çəkib. İştirakçıların yüzdə 75-i Trampı "təkəbbürlü", yüzdə 65-i "dözümsüz", yüzdə 62-si "təhlükəli" olaraq xarakterizə etdi. "Güclü bir lider" olduğunu düşünənlər 55 faiz, "xarizmatik" hesab edənlər 39%, "başçı ola biləcək iqtidarda" olduğunu düşünənlər 26 faiz təşkil edib.
Vüsalə Qələndərli
Mənbə: Haberler.com