azia.az
azia.az

Səhiyyə Nazirliyi apteklərdə dərman qıtlığının yaranmasına münasibət bildirib

12-10-2022, 11:09


Səhiyyə Nazirliyi bir sıra dərmanların satışda tapılmamasına aydınlıq gətirib.

Nazirliyin Analitik Ekspertiza Mərkəzindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, “Adrenalin - Zdorovye”, “Adrenalin -Darnitsa”, “Penepin” və “Penepin Jr” (sonuncu ikisi də adrenalin tərkibli dərmanlardır) dövlət qeydiyyatına alınıb.

Qeyd olunub ki, istənilən şirkət bu dərmanları maneəsiz olaraq ölkəyə gətirə bilər: "Bizim laboratoriyada ekspertizadan keçdikdən sonra ölkə ərazisində satışına icazə verilməsi üçün heç bir maneə yoxdur.

O ki, qaldı “niyə apteklərdə yoxdur və niyə gətirilmir” sualına, bu məsələ Səhiyyə Nazirliyi və Analitik Ekspertiza Mərkəzinin səlahiyyətinə aid deyil. Belə ki, dərmanları ölkəyə özəl şirkətlər gətirir".

Xatırladaq ki, son zamanlar apteklərdə adrenalin tərkibli dərmanların qıtlığı müşahidə olunur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi