Bu xəstəliyi olanlar maşın sürə bilməz - Həkim
Maşın idarə etmək məsuliyyətdir. Bu hobbi deyil. Sükan arxasına fiziki və psixi, gücü olan insan əyləşməlidir.
Xəbər verilir ki, həkim terapevt Rüstem Osmanov hansı xəstəliklərdə maşın sürməyin qəti qadağan olduğunu açıqlayıb.
"Depressiyada olan insan, epilepsiya, şizofreniya, hallüsinasiyası olanlara maşın olmaz. Müalicə məqsədilə psixortrop, antidepressant, yuxugətirici dərmanlar qəbul edilən dövrdə də maşın sürmək olmaz. Belə adamlar yuxulu olur, tormozlanır, diqqəti yayılır.
Eləcə də görməsi ilə bağlı problemi olanlara maşın olmaz. Amma bir gözü normal görənlərə icazə verilir.
Xroniki xəstəliklərin ağır mərhələsində olan, ciddi ağrısı olan insan da sükan arxasına keçməməlidir. Onkoloji xəstələrə də maşın sürmək tövsiyə olunmur".