`Ege Hospital`da NECƏ XƏSTƏLƏNMƏYƏSƏN... - "Təmizliyə söz yox, amma..."
"Şikayətim "Ege Hospital"dandır". DİA.AZ bildirir ki, bu barədə "Müştəriyəm Şikayətim var" sosial qrupundakı paylaşımında Seyidrəhim Hüseynov giley edib.
Narazı vətəndaş daha sonra şikayətinə səbəb olan məqamları sadalayır:
"1) Parklanma yoxdur (Bakının ən işlək ərazisində yerləşən xəstəxananın az qala zirzemisinə qədər xəstə qəbul edilir).
2) Sanitar qovşaqlar sınıb-tökülür (təmizliyə söz ola bilməz, amma nə olsun ki... əlini nəyə vurursan, əlində qalır).
3) Lift isə başqa bir bəladır. 20-ci əsrin axırlarının avtobus dayanacağına oxşayır. Lift 20 dəqiqədən bir gəlir və gələndə də dolu olur..."
İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...