azia.az
azia.az

Uşaqlar arasında naməlum hepatit yayılır - ÖLDÜRÜCÜDÜR

13-07-2022, 21:11

Uşaqlar arasında naməlum hepatit yayılır - ÖLDÜRÜCÜDÜR
Uşaqlar arasında naməlum mənşəli hepatit yayılır.

Azia.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. Bildirilib ki, naməlum hepatitə mindən çox uşağın yoluxması qeydə alınıb.

İyulun 8-nə olan məlumata görə, xəstəlik nəticəsində 22 uşaq dünyasını dəyişib. Xəstəliyin ilk aşkarlandığı, yəni aprelin 5-dən iyulun 8-dək 35 ölkədə 1010 mümkün hepatit xəstəsi olub. Xəstəliyin dəqiq mənşəyi isə məlum deyil. Bəzi hallarda xəstələrin də SARS-CoV-2 koronavirusuna yoluxduğu aşkarlanıb, lakin xəstəliklər arasında əlaqə hələ müəyyən edilməyib.



Xatırladaq ki, İyunun 26-da Ümumdünya Səhiyyə Təşkilatının fövqəladə komitəsi meymun xəstəliyinin yayılması ilə bağlı vəziyyəti qiymətləndirərək onu “fövqəladə vəziyyət” adlandırıblar.(lent.az)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi