azia.az
azia.az

Başımız niyə gicəllənir? - Həkim yazır

7-07-2022, 19:23

Başımız niyə gicəllənir? - Həkim yazır
Vertiqo başgiləllənmə kimi təsvir edilən hərəkət və ya fırlanma hissidir.

Vertiqo ilə dizness eyni deyil. Vertiqo olan insanlar sanki həqiqətən fırlanır və ya hərəkət edirlər və ya dünyanın onların ətrafında fırlandığını hiss edirlər. Dizness zamanı isə sanki ozləri firlanırmış kimi hiss edirlər.

Səbəbləri

Vertiqonun iki növü var: periferik və mərkəzi vertiqo.

Periferik başgicəllənmədaxili qulağın tarazlığı idarə edən hissəsindəki problemdən qaynaqlanır. Bu sahələrə vestibulyar labirint və ya yarımdairəvi kanallar deyilir. Problem vestibulyar siniri də əhatə edə bilər. Bu qulağımızla beynimiz arasında olan sinirdir.


Başımız niyə gicəllənir? - Həkim yazır
Periferik vertiqoya aşağıdakılar səbəb ola bilər:

- Xoşxassəli pozisiyaya bağlı vertiqo (BPPV olaraq da bilinən xoşxassəli pozisiyaya bağlı vertiqo)

- Daxili qulaq strukturlarını zədələyən aminoqlikozid qrupundan olan antibiotiklər, diuretiklər və ya salisilatlar adlanan dərman qrupu

- Yaralanma (məsələn, baş zədələnməsi)

- Vestibulyar sinirin iltihabı (neyronit)

- Daxili qulağın qıcıqlanması və şişməsi (labirintit)

- Meyner xəstəliyi


- Vestibulyar sinirə təyziq, meningioma və ya şvannoma adlanan xoşxassəli şişlər

Mərkəzi başgicəllənmə beyində, adətən beyin sapında və ya beynin arxa hissəsində (serebellumda )yaranan problemlərlə əlaqədardır.

Mərkəzi vertiqoya aşağıdakılar səbəb ola bilər:

- İnsult

- Antikonvulsantlar, aspirin və spirt kimi müəyyən dərmanlar

Başımız niyə gicəllənir? - Həkim yazır

- Dağınıq skeroz

- Epilepsiya

- Qan dövranı xəstəliyi

- Şişlər (bədxassəli və xoşxassəli)

- Vestibulyar miqren-miqren başağrısının bir formasıdı

Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi