azia.az
azia.az

Hər gün ürəkbulanma nədən ola bilər?

13-12-2021, 09:20

Müraciət edənin əksəriyyəti ürəkbulanmadan şikayətlənir. Çox rast gəlinən bu simptom artıq əvvəlki kimi təkcə hamiləlik və ya zəhərlənmənin əlaməti deyil. İndi ürəkbulanmaların səbəbi və mənbəyi də fərqlidir.
Hər gün ürəkbulanma nədən ola bilər?
Azia.az tez-tez, hər gün baş verən ürək bulanmasının nədən xəbər verdiyini təqdim edir.

- Mədə-bağırsaq traktında - qastrit, kolit, xora, enterokolit, mədə və 12 barmaq bağırsağın iltihabi xəstəlikləri səbəbindən ürəkbulanma ola bilər. Xüsusən səhərlər və çox müddət ac qaldıqda, istiotlu, acı qidalar yedikdə

- Ağır, quru və qızardılmış yeməklərdən sonra ürəkbulanma - öd və öd yollarının problemi, öd durğunluğu, mədəaltı vəz pankreatiti və xoralar

- Hipertonik kriz - arterial təzyiq qalxanda ürəkbulanma və qusma olur

- Səhər tezdən qalxan kimi ürəkbulanma öd durğunluğu, öd şirəsinin mədəyə axması zamanı olur

- Baş ağrısı ilə yanaşı ürəkbulanma - miqren və klaster baş ağrılarında, kəllə beyin travmaları, şişləri və xəstəliklərində olur

- Ciddi ürəkbulanma, baş gicəllənmə, başağrısı beynin iltihabi xəstəliyi olan qorxulu meningitin əlaməti ola bilər

- Ürəkbulanma beyin qan dövranı pozulması, insult əlaməti də olur.

- Bədənin və qaraciyərin intoksikasiyası zamanı da ürəkbulanma olur

- Eləcə də virus xəstəlikləri, rotavirus, bağırsaq qripində qusma, ishal yol yoldaşıdır. /medicina.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi