azia.az
azia.az

“Onkologiyada pulu olmayan ölür” – Deputatdan SƏRT SÖZLƏR

1-06-2022, 22:08

“Onkologiyada pulu olmayan ölür” – Deputatdan SƏRT SÖZLƏR
“Nə vaxta qədər Azərbaycanda Onkologiyada xəstələr zülüm çəkməlidir? Pulu olan başını götürüb gedir Türkiyəyə, Almaniyaya, pulu olmayan burada qalıb ölür”.

Bunu millət vəkili Fazil Mustafa dünən Milli Məclisin plenar iclasında onkoloji xəstələrdən və dərmanların keyfiyyətindən danışarkən deyib: “Həqiqətən də onkoloji xəstələr üzrə vəziyyət acınacaqlıdır. Burda xidmətin səviyyəsini normal etsək də, pulu olmayan insan bunu əldə edə bilmir. Onkoloji xəstələrin müalicəsi İcbari Tibbi Sığortaya daxil edilməlidir ki, imkanı olmayan vətəndaşlar bundan yararlana bilsin.

Bizdə dərmanların keyfiyyəti zəif, qiymətlər də bahadır.

Dərman sənayemiz çox aşağı səviyyədir. Bəlkə biz Türkiyənin dərman sənayesi ilə öz dərman istehsalımızı birləşdirək? Belə bir təklif də vermişik. Necə ki, bir millət 2 dövlət şüarımız var. Bunu Bir Millət, bir dərman, 2 dövlət edək. Elə şərait yaratmalıyıq ki, əhali ordan-burdan dərman alıb gətizdirməsin”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi