Aptekdən pulsuz dərman ala biləcəksiniz: Bu qayda ilə... — VİDEO
Sığorta olunmuş hər bir vətəndaş şəxsiyyət vəsiqəsini apteklərə təqdim etməklə pulsuz dərman ala biləcək. Bəs bu proses necə tənzimlənəcək?
İcbari Tibbi Sığorta Agentliyi məsələnin təfərrüatlarını açıqlayıb.
Vətəndaşlar tək şəxsiyyət vəsiqəsi ilə ödənişsiz dərman ala biləcək.
Bunu İcbari Tibbi Sığorta üzrə dövlət agentliyinin işçi qrupunun rəhbəri Könül Ələkbərov deyib. Bildirib ki, hal hazırda xəstəxanaya müalicə üçün yerləşdirilən sığortalı xəstələrin dərman xərcləri də agentlik tərəfindən qarşılanır. Bu sistemin gələcəkdə ambulator müalicə üçün də tətbiq olunması nəzərdə tutulub.
Könül Ələkbərov qeyd etdi ki, Pasientlər həkim qəbulundan sonra aptekdən pulsuz dərman ala biləcəklər. Onun sözlərinə görə, vətəndaşa xidmət göstərildikdən sonra e təbib proqramı üzərindən xəstənin qeydiyyat səhifəsinə müalicədə istifadə olunacaq dərmanlar yazılacaq.
Könül Əlkəbərov onu da əlavə edib ki, sözügedən xidmətdən yalnız sığortalı vətəndaşlar yararlana biləcəklər.