Ürəyi xəstə olan insanlar evində PİŞİK SAXLASIN. Alimlərdən tövsiyə
Pişiklər qədim zamanlarda mistik heyvan hesab olunurdu, onlara hətta sitayiş edirdilər.
Müasir tibb pişikləri ən faydalı ev heyvanı hesab edir və onların insan orqanizmə olan müalicəvi təsirini təsdiq edir. Rus alimlərinin son araşdırması növbəti dəfə pişiklərin "terapevtik effekti"ni sübut edib.
Day.Az saglamolun.az-a istinadən bildirir ki, Volqoqrad Dövlət Universiteti alimləri araşdırma zamanı aşkar ediblər ki, pişiklər insanların arterial təzyiqini və ürək ritmini tənzimləyir. Bunun sirri isə pişiklərin mırıltısındadır.
Araşdırmada 20 tələbə iştirak edib. Eksperimentdən əvvəl iştirakçıların nəbzi və təyiqi ölçülüb, EKQ şəkilib. Daha sonra tələbələr 10 dəqiqə ərzində pişiklərin mırıltısına qulaq asırdı. 10 dəqiqədən sonra iştirakçıların vəziyyəti yenidən qiymətləndirilib.
Nəticələr alimləri heyrətləndirib - EKQ, təzyiq və ürək ritmi normaya düşüb, tələbələr etiraf ediblər ki, onlar özünü daha sakit və rahat hiss edir.
Alimlərin fikrinə görə, pişiklər tək ürəyin fəaliyyətinə deyil, oynaqlara, sümüklərə də müsbət təsir edir, ağrıları azaldır.