Həftədə 3 dəfə intim münasibət, nələri dəyişir?
Həftədə 3 dəfə intim münasibət - Bu xəstəlikləri sağaldır
Müntəzəm sağlam cinsi münasibətlər insan orqanizmində bir sıra pozğunluqlar və xəstəliklərin müalicəsinə də müsbət təsirini göstərir.
Seksin hansı xəstəliklərdə yardımçı dərman ola biləcəyi barədə araşdırmasını təqdim edirik.
1.Baş ağrıları, miqren
Alimlər baş ağrıyanda intim əlaqədən imtina edənlərlə mübahisə etməyə belə hazırdılar. Çünki məhz baş ağrıdıqda, xüsusən miqren və klaster formalı ağrılarda əksinə aktiv əlaqə faydalıdır. Seksual aktivlik o ağrıları azaldır.
Elmi araşdırmada 300 nəfər daimi miqren və 100 nəfər klaster baş ağrıları olan insanların sorğusunu keçirib. Onlar həmin şəxsrlərdən ağrılar zamanı intim əlaqədə olub-olmamalarını araşdırıb.
Onların əksəriyyəti etiraf edib ki, ağrı tutmaları zamanı o qədər pis olurlar ki, seks hayında deyillər və hətta qəzəblə imtina edirlər.
Lakin 30% xəstələr məhz güclü tutmalar zamanı əlaqə olduqlarını və təsirini sınadıqlarını bildirib.
Məlum olub ki, intim əlaqə miqren ağrıları 60% insanda azalıb, klaster ağrıları isə 40% xəstədə effekt verib.
Amma bir qrup insanda isə seksdən sonra vəziyyətlərinin daha da pis olması qeydə alınıb.
Nəticələr göstərib ki, seks daha çox miqren ağrılarında yaxşı təsir edir, klaster ağrılarını isə əksinə pisləşdirir.
Həm də bu effekt hər insanda ağrı dərəcəsinə və orqanizminə görə fərqlidir.
İstənilən halda seks baş ağrıları zamanı insanın fikrini yayındırır və qana adrelin verir. Ona görə dərmanlar kömək etmədikdə, bir dəfə də bunu yoxlayın
2.Qrip və soyuqdəymədə
Seks immuniteti qaldırır. Bunu alimlər araşdırıb.
Orqanizmdə xüsusi İgA immunoqlobulin antiteli var.
Məhz bu antitellər yerli immunitetin əsasıdır. Əgər bir insanda İgA aktivdirsə, o az xəstələnir, viruslarla mübarizə aparır.
Təcrübələr göstərib ki, həftədə 2 və daha artıq intim əlaqədə olan insanlarda A klass İgA antiteli 30% yüksək olur. Az və heç məşğul olmayan şəxslərdə isə bu antitel az olur.
Burdan belə nəticə çıxır ki, seks həqiqətən qripə, soyuqdəyməyə qarşı effektivdir, profilaktik təsir edir və immuniteti möhkəmləndirir.
3.Ürəyi qüvvətləndirir
Ürək ritminin dəyişməsi çox gənclərdə baş verir. Ürəyin yığılıb-açılması, qanı vurması nə qədər stabil olsa, bir o qədər ürək-damar sistemi sağlam olur.
Alman alimləri 50 kişi və qadını təhlil edib. Onlardan bir qismi mütəmadi sekslə məşğul olub, bir qismi evli idi, digər qismi isə yalnız masturbasiya məşğul olub.
İştirakçıların ürək ritminin dəyişikliklərini və təzyiqini ölçüblər.
Məlum olub ki, daimi partnyoru və evli olanlarda ürək ritmi variativliyi yüksəkdir və onlarda ürək qan damar sisteminin vəziyyəti yaxşıdır.
Evli olmayan, daimi intim əlaqəsi olmayan və ya masturbasiya edənlərdə isə əksinə ürək-damar sistemi zəif idi.
4.Depressiya və psixi pozulmalara qarşı
"Qanın niyə qaradır, bəlkə neçə vaxtdır əlaqədən uzaqsan?” – bu məşhur cümlə çoxlarına tanışdır. Əslində tibbi baxımdan həqiqət payı var.
Müntəzəm seks depressiyanın profilaktikası və psixi sağlamlığı qorumaq üçün əvəzsizdir. İnsanın həyatdan razılıq hissini artırır.
Britaniyada 2,5 min qadın üzərində aparılan araşdırma da göstərib ki, seksual aktiv, vaginal və oral sekslə məşğul olan qadınlar daha sakit, daha psixi sağlam idilər.
Alimlər qeyd edir ki, partnyorsuz, sadəcə masturbasiya ilə bu effekti almaq olmaz
5.Xərçəng əleyhinə
Bu qədəri də olmaz deyirsiz, amma elm ayrı fikirdədir.
Kişilərdə müntəzəm sağlam seks geniş yayılmış prostat vəzi xərçəngi riskini azaldır.
30 min kişini əhatə edən tədqiqatda eakulyasiyanın tezliyi ilə prostat xərçəngi arasında əlaqə öyrənilib.
Ayda 20 dəfə eakulyasiya, yəni boşalması olan kişilərdə demək olar ki, prostat xərçəngi nadir hallarda rast gəlinib. Ay ərzində 5-7 dəfə eakulyasiya olanlarda isə 35% prostat xərçəngi riski artır.
Qadınlarda isə müntəzəm seks süd vəzi və yumurtalıq xərçəngi riskini dəfərlərlə azaldır.
Heç intim partnyoru olmayan və ayda cəmi 1-2 dəfə əlaqəsi olan qadınlarda döş xərçəngi riski yüksəkdir.
Bəs seks yoxdursa, masturbasiya kömək edərmi?
Xeyr, masturbasiya bu deyilən effektləri vermir və keyfiyyətli seks demək deyil.
Alimlər qeyd edir ki, qadınlar prezervativsiz seksə üstünlük versinlər. Qorunma üçün dərmanlardan istifadə etsələr, intim əlaqədən daha çox faydalana bilərlər.Medicina.az