azia.az
azia.az

Adət İbrahimovun PSİXOZ ADƏTİ... - İLGİNC İDDİALAR...

19-04-2022, 23:09

Adət İbrahimovun PSİXOZ ADƏTİ... - İLGİNC İDDİALAR...
Bir neçə ay əvvəl görüntüləri sosial mediada yayılan Buzovna 1 saylı Psixonevroloji Sosial Xidmətlər Mərkəzinin həyətində yerləşdirilən kompozisiya Azərbaycanla yanaşı, digər ölkələrdən olan insanların da marağına səbəb oldu. Kompozisiyanın hazırlanmasında məqsəd boş ərazini gözəlləşdirmək olsa da, buna baxmayaraq o, yüzlərlə insanın marağını cəlb edib və sənət əsəri kimi qəbul olunub.

Əsərin eskizi illər öncə Lənkəranda yaşayan Vaqif İbadov adlı şəxs tərəfindən verilib. Hazırda yataq xəstəsi olan memar ərsəyə gətirdiyi əsərin bu qədər marağa səbəb olacağını təxmin etməyibmiş.

Di gəl, Mərkəzinin direktoru Adət İbrahimov xarici turistlərin şəlalə kimi istifadəyə verilən bu kompozisiyanın önündə şəkil çəkmək istəklərini pul qarşılığında reallaşdırır. Amma yığdığı puldan xəstə yatağında olan memara heç bir köməklik etməyib.

Əslində Adət İbrahimovdan heç bir humanist hərəkət gözləməyə dəyməzdi. İndi məhbəs həyatı yaşayan sabiq nazir Səlim Müslümovun idarəçiliyi dönəmində korrupsiya çetesinə daxil olan Adət İbrahimov bir çox başqa işbazlar kimi “zəmanənin nəbzini tutub” sistemdə mövcudluğunu saxlaya bildi. Həmin vaxt ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Sosial xidmətlər və proqramlar şöbəsinin müdiri vəzifəsində işləyən Vüqar Behbudov çuğulluq xidmətlərindən faydalandığı keçmiş təftişçi-inspektor Adət İbrahimova ciddi dəstək verdi. Başqa məlumata görə, Adət İbrahimovu o dönəmdə Təhsil nazirinin müavini vəzifəsində olan dayısı İsgəndər İsgəndərovun himayəsi qorumuşdu. DSMF Xəzər rayon şöbəsinin müdiri vəzifəsindən kənarlaşdırılan Adət İbrahimov ƏƏSM-nin özündə məsul vəzifəyə aparıldı. Daha sonra isə Buzovna qəsəbəsindəki 1 saylı Psixonevroloji sosial xidmət müəssisəsinin direktoru, nazir dəyişəndən sonra həmin vəzifədə evində çoxlu sayda pensiya kartı tapılmış Rəhnumə Cəfərovanı əvəzlədi.

Adət İbrahimovun sözügedən müəssisəyə rəhbər vəzifəyə təyin olunmasından sonra onun haqqında mətbuatda ancaq tənqidi informasiyaların artdığı nəzəri cəlb edir. KİV yazır ki, müəssisə rəhbəri "Məzun Evi"ndən mənzil alıb satmaq üçün xəstə qızları kənar şəxslərlə sövdələşərək "ərə" də verir. Qeyd olunur ki, Adət İbrahimov imkanlı şəxslərin müəssisəyə etdiyi xeyirxahlığı da "qayçılayır", müəssisəyə ayrılan ərzaq dükanlara satılır, hətta Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın müəssisəyə hədiyyə etdiyi "RAF" markalı mini-bus da zəruri məqsədlərə xidmət etmir, sifarişlə kənara işləyir.

Etibarlı mənbələrdən aldığımız məlumata görə, Adət İbrahimovun hazırki vəzifəyə təyin olunan kimi ilk gördüyü iş 1 saylı Psixonevroloji sosial xidmət müəssisəsinin sakinlərinin pensiya kartlarını bloklatmaq oldu. Beləliklə, xəstələrin köhnə pensiya kartlarını özlərində saxlamış olan qohumları məyus oldular. Belə ki, qohumlar heç olmasa, yaxınlarının pensiyasını alanda bazarlıq edib tez-tez həmin şəxsə baş çəkməyə gəlirdilər. Adət İbrahimov isə yüzlərlə kartı özündə saxlayıb xəstələrin pensiyalarını müəssisədən uzaqda yerləşən müxtəlif bankomatlardan çıxartdırmaqdadır. Nə də məsələ qaldırıb şərait yaratmır ki, yaxınlıqda terminal qurulsun, uzağa buraxılmayan xəstələr özləri pensiyalarını çəkib ürəkləri istədikləri nemətləri alsınlar, müəssisənin mətbəxindən verilən keyfiyyətsiz, dadsız xörəklərdən bezdikləri ağız dadını dəyişsinlər. Müəssisəyə yeni götürülməli xəstə yiyələrindən isə Adət İbrahimovun müəyyənləşdirdiyi tariflərə görə 500-1000 manat rüşvət tələb olunur. Bu özbaşınalıqlardan dəfələrlə ƏƏSMN-nə şikayətlər olunsa da, Nazirliyin Daxili Nəzarət Şöbəsinin müdiri ilə “dil tapan” Adət İbrahimova “gözün üstə qaşın var” deyən olmadı. Çünki həmin şöbənin müdiri də 2020-ci ildən ƏƏSMN Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri vəzifəsini tutan Vüqar Behbudovun qohumudur.

Yeri gəlmişkən xatırladaq ki, Adət İbrahimov Nazirlikdə işlədiyi vaxt onun qardaşı Vahid İbrahimov Sabunçu rayon Tibbi Sosial Ekspert Komissiyasının sədri idi. O Vahid İbrahimov ki, vəzifəsindən sui-istifadə edərək topladığı haram pullar hesabına Türkiyədə dəbdəbəli villa alıb, hazırda övladları orada yaşayırlar. Vahidi vaxtilə hüquq-mühafizə orqanları korrupsiyaya görə saxlasalar da, deyilənə görə 50 min manat rüşvət verərək canını qurtarıb. İndi 11 saylı şəhər poliklinikasında baş həkim müavini, eyni zamanda komissiya sədri işləyən Vahid İbrahimov yenə də əsas rüşvət mənbəyi olan “forma-88” sənədlərinin verilməsində keçərli söz sahibi hesab olunur.

Göründüyü kimi, ƏƏSMN və onun yerlərdəki strukturlarında qohumbazlıq, yerlibazlıq və bu iki faktorun yaratdığı cəzasızlıq mühitindən dolayı rüşvətxorluq baş alıb gedir.

Mövzuya qayıdacağıq.

Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi