"TUVA" Tibb Mərkəzində milləti ÇUKÇA YERİNƏ QOYURLAR... - İDDİA
Son 30 ildə ölkəmizdə nə qədər özəl tibbi-səhiyyə obyektləri fəaliyyətə başlayıb.
Nə qədər özəl klinikalar, şəxsi xəstəxanalar yaranıb.
Əlbəttə, biz də ölkəmizdə alternativ tibb müəssisələrinin açılmasını təqdir edirik. Amma...
Əmması odur ki, bu özəl klinikaların hamısı məmurlara məxsusdur. Və...
Məmurlara, məxsus olsun. Biz bir söz demirik.
Amma, bu məmurların çoxunun adi tibbi terminlərdən xəbəri yoxdur axı...
Və özəl tibbi klinikalara elə adamları təyin edirlər ki, adam dəhşətə gəlir...
Tibb elmindən, səhiyyədən anlayışı olmayan şəxs necə klinkanın rəhbəri ola bilər..?
Cavabında deyirlər ki, filankəs ingiliscə bilir və menecerdir....
Cənablar, ingiliscə bilmək hələ rəhbər olmaq deyil. İngiliscə bilirsənsə, get tərcüməçi ol, poliqlot ol və s...
İkincisi, menecer olmaq hələ hər şey deyil.
Başa düşdünüzmü, cənablar?
Başa düşmədinizsə, izah edim...
Menecer deyir ki, həkimin qəbuluna düşmək 80 manatdır.
Olsun.
Adam, Azərbaycanda minimal əmək haqqı nə qədərdir ki, həkimin qəbuluna düşmək 80 manat olsun..?
Fərz edək ki, vətəndaş 80 manat ödəyib həkimin qəbuluna düşdü. Bəs sonra..?
Axı, həkimin qəbuluna düşməklə problem həll olunmur.
Sözün qısası, özəl klinikalar ölkəmizdə əməlli-başlı problemə çevrilib.
Belə klinikalardan biri də Masallı rayonunda fəaliyyət göstərən “TUVA” Tibb Mərkəzidir.
Sözün düzü, TUVA sözünün nə məna daşıdığını müəyyən edə bilmədik.
Əlbəttə, tuva xalqının türkdilli olduğunu bilirik, amma onun bu klinikaya nə dəxli olduğunu bilimirik...
Nə isə, vətəndaşlar bu tibbi mərkəzdən nələr yazmır..? Masallı rayon Ərkivan kənd sakini Sadıqov Sərraf Məstan oğlu yazır ki....
Öz ailəsi ilə birlikdə idarə etdiyi avtomabillə (BMV 320 minik 90VP311)rayondan Bakı şəhərinə gəlirmiş.
Vətəndaşın sözlərinə görə, “TUVA” Tibb Mərkəzi Sadıqova Aysel Vəfadar qızının “MRT” müayinəsindən keçməsi üçün Bakı şəhəri “Neyrocərrahiyə İnstituna” getməsi tövsiyə edib. Məlum koronavirus pandemiyası ilə əlaqədar ölkədə tədbiq olunan karantin rejimi vətəndaşların rayonlara gediş-gəlişini əngəlləyirdi.
Bu da əlbəttə ki, pandemiyanın yayılmaması üçün qabağlayıcı tədbir hesab edilir. Lakin Operativ Qərərgahın tələblərinə görə ağır xəstələr həkim arayışı ilə sərbəst hərəkət etmək imkanı qazanmışdı.
Bütün bunlara baxmayaraq Qaradağ ərazisində karantin postunda xoşagəlməz hadisələr yaşanıb. Vətəndaş S. Sadıqov karantin postunda saxlanılarkən ondan sənəd tələb olunur. Həkim arayışını yol polisinə təqdim edən S. Sadıqov gözlənilmədən geri qaytarılır və arayışın keçərli olmadığı bildirilir. Bundan sonra VI tağım Yol patrul xidməti inspektoru polis baş serjantı Muradov Elvin Həmzət oğlu (İXP 3368639) vətəndaşın məlumatı olmadan pratakol tədbiq edərək 200 manat çərmələyir. Məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyinə rəsmi müraciət olunacaq.
Bəs görəsən, “Tuva” Tibb Mərkəzinin arayışı niyə saxta çıxmışdır..?
Bu barədə sorğulara Mərkəzin direktoru Mirmehdi Mircavadzadə niyə cavab verməyib..?
Axı, xəstəyə verilən arayış Mirmehdi Mircavadzadənin möhürü ilə təsdiq olunub.
Sözün qısası, o boyda Tibbi Mərkəzin verdiyi arayışın saxta olması bizdə məyusluq yaradır. Ki, gör səhiyyəmiz nə gündədir ki, Mərkəzin direktorunun möhürlü arayışı heç nəyə yaramır.
Axı, vətəndaşı Bakıya müayinəyə göndərisiniz və vətəndaş pul xərcləyib paytaxta gəlir.
Və yolda məlum olur ki, mərkəzin verdiyi arayış saxtadır..
Sözün qısası, TUVA Tibb Mərkəzi ilə bağlı araşdırmalarımızı davam etdirəcəyik.
Bizi izləyin.
Yazıda müxtəlif saytlarda dərc olunan materiallardan istifadə olunmuşdur.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Mənbə:My Webpage