azia.az
azia.az

Qəbizlik və bağırsaq xərçəngindən qoruyan meyvə

20-01-2022, 12:04

Qəbizlik və bağırsaq xərçəngindən qoruyan meyvə
Amerika alimləri gavalını qidalanmaya tez-tez daxil etməyi tövsiyə edir.

Bu xüsusilə tünd rəngli növlərə aiddir ki, onlar antioksidantlarla zəngindir.

Gavalı həzm proseslərini yaxşılaşdırır, xolesterinin səviyyəsini aşağı salır, infeksiya və xərçəngin qarşısını alır.

Gavalı diabet xəstələri üçün də faydalıdır.

Saglamolun.az xəbər verir ki, kalium və qidalı liflərlə zəngin olan gavalı qəbizliklə mübarizədə çox effektlidir.

Həmçinin gavalı bağırsaqların mikroflorasını yaxşılaşdırır, disbakteriozu müalicə edir.

Alimlər qara gavalını bağırsaq xərçənginin profilaktikasında çox effertli hesab edir. Gavalı polifenol maddələri ilə zəngindir. Bu maddələr güclü antioksidantlar sayılır və orqanizmi hüceyrələr səviyyəsində qoruyur.

Mütəxəssislər hər gün 2-3 gavalı yeməyi tövsiyə edirlər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi