azia.az
azia.az

Yeni ildə təcili yardıma çağırışlar artıb

5-01-2022, 17:47

Yeni ildə təcili yardıma çağırışlar artıb
Bayram günlərində təcili yardıma edilən çağırışların sayı 2800-3300 olub. Adi günlərdə isə bu rəqəm 2600-2700 olur, bunu Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməliyyat işləri üzrə baş həkimin müavini Nuridə Fərzəliyeva deyib.

"Ən çox çağırışlar yanvar ayının 2-si və 3-ü oldu, buna səbəb də digər tibb müəssisələri qeyri-iş rejimində fəaliyyət göstərməsi idi. Bayram günlərində 139 həkim briqadası xidmət göstərdi. Təcili yardımın ünvana çatma vaxtı 40 dəqiqə çəkməlidir. Çağırışlar çox olanda isə gecikmələr olub. Say 3300-ə çatanda gecikmə qaçılmazdır. Çağırış çox olanda çeşidləmə yolu ilə icra etməyə çalışırıq. Travmalar, ürək tutmaları, qıcolmalar zamanı, hamilə qadınların, uşaqların təcili yardıma çağırışlarını ilk növbədə həyata keçirməyə çalışırıq. Qida zəhərlənmələri yeni il də elə də çox deyildi. Sevindirici haldır ki, bayram günlərində fövqəladə hal baş vermədi. Bayram günlərində müntəzəm şəkildə məsul şəxslərdən növbəli qrafik qurulmuşdu və işimizi yüksək səviyyədə yerinə yetirməyə çalışdıq", - deyə o bildirdi.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi