azia.az
azia.az

Təcili tibbi yardımda işləmək istəyənlərin NƏZƏRİNƏ!

31-08-2021, 14:42

Təcili tibbi yardımda işləmək istəyənlərin NƏZƏRİNƏ!
Təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarına işə qəbulla bağlı elan verilib.

Səhiyyə Nazirliyindən Azia.az-a verilən məlumata görə, koronavirus (COVID-19) xəstələrinə fasiləsiz və keyfiyyətli tibbi xidmətin göstərilməsi üçün Bakı şəhəri və Abşeron rayonu üzrə təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarına təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim vəzifələrinə yaşı 60-a qədər olan həkim anestezioloq-reanimatoloqlar, həkim-infeksionistlər və həkim-terapevtlər işə qəbul olunmaq üçün dəvət olunurlar.

İşə qəbulla bağlı müraciət edən şəxslər ərizə ilə [email protected] elektron ünvanına müraciət etməlidirlər.

Tələb olunan sənədlər:

- Ərizə (əlaqə nömrəsi qeyd olunmalıdır)

- Şəxsiyyət vəsiqəsi

- Diplom

- İnternatura vəsiqəsi

- Sertifikat

- Əmək kitabçası


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi