azia.az
azia.az

Nikol Paşinyandan ŞOK QƏRAR: İdarə üsulu dəyişdirilir

20-12-2021, 11:33

Nikol Paşinyandan ŞOK QƏRAR: İdarə üsulu dəyişdirilir
Ermənistanda parlament idarəçilik üsulundan prezident üsul-idarəsinə keçir. Bu iddia ilə erməni mətbuatı çıxış edir. Alp.az xəbər verir ki, bununla bağlı ilkin olaraq baş nazir Nikol Paşinyanın qərar imzalayıb. Yeni qərar ilə Ermənistanda Konstitusiya İslahatları Şurasının formalaşdırılması prosesinə start verilib.

Şuraya ədliyyə naziri rəhbərlik edir. Şuraya Ermənistanın Avropa İnsan Hüquqları Məhkəməsindəki nümayəndəsi, Milli Assambleyanın dövlət-hüquq məsələləri daimi komissiyasının sədri, İnsan Hüquqları Müdafiəçisi, Ali Məhkəmə Şurasının bir nümayəndəsi, İnsan Hüquqları Müdafiəçisi, hər parlament fraksiyasından bir deputat üzv qəbul edilib.

Şurada parlament deputatlarının mandatlarının bölüşdürülməsində iştirak etməyən partiyaların (blokların) üç nümayəndəsi və Ermənistanda qeydiyyatdan keçmiş ictimai təşkilatların üç nümayəndəsi də təmsil olunacaq.

Erməni mətbuatın yazdığına görə Paşinyan hakimiyyəti tək idarə etmək üçün bu qərarı verib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi