azia.az
azia.az

Pandemiyanın əvvəlinə qayıdırıq? - İnfeksionist AÇIQLADI

20-12-2021, 11:20

Pandemiyanın əvvəlinə qayıdırıq? - İnfeksionist AÇIQLADI
"26 noyabr 2021-ci il tarixində Ümumdünya Səhiyyə Təşkilatı koronavirusun yeni variantı - B.1.1.529-un notasını verdi və onu "Omikron" adlandırdı. Cənubi Afrika Respublikasında yoluxma hallarının artması nəticəsində alimlər bu qənaətə gəldi ki, yeni bir mutasiya ortaya çıxıb. Ölüm hallarının artması sadəcə virusun mutasiyasının çoxluğu ilə deyil, eyni zamanda yoluxma hallarının çoxluğu ilə də əlaqələndirilə bilər".

Bu sözləri Publika.az-a TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev deyib. Həkim bildirib ki, "Omikron" ştamının digər mutasiyalardan daha çox öldürücü və ya yoluxdurucu olub-olmadığı hələ məlum deyil:

"Bu barədə tədqiqatlar davam etdirilir. Qorunma yolları, diaqnostik metodlarla xəstəliyin müəyyən olunması və müalicəsi əvvəlki müalicə protokollarına əsasən aparılır. Hər hansı bir dəyişiklik yoxdur. Bu virusdan qorunma yolları həmişəki kimi olaraq qalır: fərdi gigiyena, maska taxılması, özəlliklə ictimai və qapalı yerlərdə ara məsafəsinin gözlənilməsi, eyni zamanda vaksinləşmə. Hələ ki, virus yenidir, yeni məlumatlar ortaya çıxdığı zaman ÜST tərəfindən cəmiyyətə açıqlama veriləcək".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi