azia.az
azia.az

Omikron 2022-ci ildə pandemiyanın gedişini dəyişəcək - Hər kəs yoluxacaq

11-12-2021, 10:02


Omikron var gücü ilə hücuma keçib. İnsanların çoxu isə artıq klassik kovid və Deltaya yoluxub sağalıb.
Xəbər verilir ki, yeni variant virus gələn il üçün təşvişli, həyəcanlı məqamlar gətirir. Bəs bizi nə gözləyir? Omikron pandemiyanı hansı səmtə aparacaq.
Omikron 2022-ci ildə pandemiyanın gedişini dəyişəcək - Hər kəs yoluxacaq
Məşhur professor-virusoloq Aleksandr Lukaşev bildirib ki, hələ 2022-ci ilin əsas oyuncu ştammının Omikron olub-olmayacağını heç kim deyə bilməz. Amma o pandemiyanın gedişatına ciddi təsir edəcək.
Mutasiyaların sayına baxdıqda, o digər ştamlardan 100% fərqlənir. Biz hələ bu vaxta kimi bu qədər sayda mutasiyası olan ştamm görməmişik.

Belə bir fikir var ki, mutasiyaların rekord çoxluğu virusunun genomunun zəif və qeyri-stabil olmasını göstərir, ona görə, virus zəifləyir düşünülür. Təəssüf ki, mən bunu demək üçün tutarlı əsas görmürəm.

Adətən, belə qeyri-stabil viruslar populyasiyadan tez çıxır və effektiv yayılıb dayanıqlı ola bilmir. Lakin Omikron göründüyü kimi yaxşı yayılıb. Hər gün yoluxan ölkələrin sayı artır və peyvəndlənənləri də tutub.

Ona görə yoluxma yüksələcək, bu da pandemiyanı daha aktiv edəcək. Omikron dalğasında yoluxan, sağalan, peyvənd olan, olmayan hər kəs yoluxacaq. Xüsusən xəstəlik və vaksinindən 6 ay keçənlər riskdədir. Bununla yanaşı yeni ştamm öz sahibini, yəni xəstəni öldürməyəcək.

"Dekabra qədər yoluxanlar Deltaya yoluxub. Yanvardan yeni bir dövrə Omikrona yoluxanlar olacaq. Deltaya yoluxanlar 4-6 ay sonra Omikrona yaxalana bilər.

Hələ ki, rahatlanmaq, sevinmək üçün səbəb görmürəm. Hələ tezdir. Bu vaxtından əvvəl ortaya atılmış xülyadır".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi