Azərbaycanda koronavirusa yoluxanların sayı azaldı
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 857 yeni yoluxma faktı qeydə alınıb, 1 091 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azia.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 26 nəfər vəfat edib.