Azərbaycanda koronavirusa yoluxanların sayı artdı
Azərbaycanda son sutkada koronavirusa 193 yeni yoluxma faktı qeydə alınıb, 201 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında operativ qərargahdan Musavat.com-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış üç nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 232 829 nəfər koronavirus infeksiyasına yoluxub.
Onlardan 227 472 nəfər müalicə olunaraq sağalıb, 3193 nəfər vəfat edib, aktiv xəstə sayı 2164 nəfərdir.