3 gündə 5 kiloqram arıqlayın
Arıqlamaq istəyən bir çox insanın istifadə etdiyi üsullardan biri də bitki çaylarıdır. Bədəndəki şişkinliyi və toksinləri atmağa yardımçı olan bu tip içəcəklərdən biri də südlü yaşıl çaydır.
"Azia.az" Axşam.az-a istinadən xəbər verir ki, südlü yaşıl çay pəhrizi ilə 3 gündə 5 kiloqram arıqlaya bilərsiniz.
Südlü yaşıl çay detoksu bədəndəki istiliyi artıraraq maddələr mübadiləsini sürətləndirir. Bu da qısa müddətdə daha çox çəki atmağa yardımçı olur.
Südlü yaşıl çay pəhrizini 3 günlük detoks proqramı ilə saxlanılır.
Tərkibi:
2 xörək qaşığı yaşıl çay
1,5 litr yarım yağsız süd
Hazırlanması:
1,5 litr südün hamısını qaynadın. Daha sonra ilıq olana qədər soyumasını gözləyin. İçinə 2 xörək qaşığı yaşıl çay əlavə edin. Ağzı bağlı şəkildə təxminən 20-25 dəqiqə dəmləyin. Dəmlədikdən sonra süzüb şüşə butulkaya tökün.
İstifadə qaydası:
Səhər saat 10-dan başlayaraq 2 saat aralıqlarla axşam eyni vaxta qədər için.
Çayla yanaşı gün ərzində ən azı 3 litr su istehlak etməlisiniz. Gün ərzində başqa yemək yeməyin. Detoksdan istifadə etdiyiniz müddətdə ən az 20-25 dəqiqə gəzin və əlavə 20 dəqiqə idman edin.
Südlü yaşıl çay detoksunu maksimum 3 gün edə bilərsiniz. 3 günün sonunda artıq çəkinin necə atdığınızı müşahidə edəcəksiniz.