Məşhur dietoloqların arıqlama sirri
Dünyanın məşhur dietoloqlarının hansı yollarla arıqlaması hər zaman maraq kəsb edib.
Rusiya mətbuatı məşhur dietoloqların arıqlama üsulunu təqdim edir:
Ekspert-dietoloq Yuliya Çexoninadan möhtəşəm pəhriz
Doğru səhər yeməyi - 5 kq. arıqladır
«Sağlam bəslənməyə çalışıram. Amma hərdən elə vəziyyət olur ki, bir həftəyə arıqlamaq məcburiyyətində qalıram. Bu zaman rasionumdan yağı və duzu çıxarıram. Hər səhər yağsız kəsmik, sıyıq, bir az tərəvəz və meyvə yeyirəm. Əsas qayda odur ki, yediklərimin hamısı bir boşqaba sığmalıdır. Üstündən isə yaşıl çay içirəm. 2 saat yarım sonra yenə yaşıl çay içib, yağsız yoqurt yeyirəm. Kələm, şüyüd və turpdan hazırlanan salatla bir dilim kolbasa mənim naharımdır. (salatı mütləq özün hazırlamalısan). 3 saatdan sonra yaşıl çay içirəm. Axşam bir xiyar, buxarda bişmiş balıq və ya mal əti yemək lazımdır. Gecə acdıqda 1 stəkan qatıq içə bilərsən. Bu yolla bir həftəyə 5 kiloqram arıqlamaq mümkündür». Sfera.az
Dietoloq Marianna Trifonovadan