Koronavirus ən çox bu orqanlara sıradan çıxarır
"Koronavirus infeksiyası ən çox ağciyərlərə, damar endotelinə, qaraciyərə və bağırsaqlara "hücum edir"".
Azia.az xəbər verir ki, bunu ikinfeksionist Yevgeni Timakov "Vesti FM" radiostansiyasına bildirib.
"Onun bir neçə sevimli orqanı var. Bunlar ağciyərlər, damar endoteliyasıdır. Burada onun çoxala biləcəyi çox sayda reseptor var. Buna görə də tez-tez damar reaksiyaları və trombların əmələ gəlməsi baş verir", - həkim izah edib.
Mütəxəssis qeyd edib ki, virus bağırsaqları və qaraciyəri aktiv şəkildə yoluxdurur, çünki orada da çoxlu sayda reseptor var.
Mütəxəssisin fikrincə, xəstəlik immunoloji yaddaşa ciddi təsir göstərir. Ona görə də yoluxanlar daha tez-tez xəstələnməyə və yeni infeksiyalara yoluxmağa başlayırlar:
Optimalda Sərfəlidir
"COVID-19-dan əvvəl bədəndə "oturan", lakin gizli formada olan herpes xəstəliklərinin kəskinləşməsi ola bilər.
Peyvənd qorunmanın ən etibarlı forması olaraq qalır. Rusiya Səhiyyə Nazirliyinin rəhbəri Mixail Muraşkonun sözlərinə görə , COVID-19-a yoluxmuş ağır xəstələr arasında peyvənd olunanların nisbəti 0,03 faizdən azdır, xəstəxanalarda olan xəstələrin böyük əksəriyyəti isə peyvənd olunmayıb".
publika.az/