azia.az
azia.az

COVID-19 sonsuzluğa səbəb olur - AÇIQLAMA

12-08-2021, 20:51

COVID-19 sonsuzluğa səbəb olur - AÇIQLAMA
“Alimlərin apardığı araşdırmaların nəticəsinə əsasən koronavirusdan ölən şəxslərin təxminən 32%-də kəskin böyrək çatışmazlığı aşkar olunub”.

Azia.az “report”a istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssisi, Azərbaycan Tibb Universitetinin Urologiya kafedrasının doktorantı Araz İbrahimov deyib.

O qeyd edib ki, 3-10% xəstələrdə isə ani böyrək çatışmazlığı qeydə alınır: “COVID-19-un mənfi təsirlərindən biri də sonsuzluğa səbəb olmasıdır. Bu da öz təsdiqini tapıb. Koronavirus infeksiyası ağciyərlər, ürəklə yanaşı böyrəyə də ciddi ziyan vurur”.

A.İbrahimov həmçinin uroloji xəstəlikdən əziyyət çəkən şəxslərin peyvənd olunub-olunmaması məsələsinə də aydınlıq gətirib:

“Uroloji xəstəliklərin kəskin dövründə vaksin vurulması məsləhət deyil. Çünki peyvəndin vurulduğu dövrdə geridönüş cavab ala bilmərik.

Odur ki, müalicə müddəti bitdikdən sonra peyvənd vurula bilər. Bundan başqa, qan xəstəliyi olan xəstələrə də peyvənd vurulmasını tövsiyə etmirik.

Yerdə qalan uroloji xəstələrin peyvənd vurdurması əksinə daha xeyirlidir. Böyrək köçürülən xəstə əməliyyatdan 6 ay sonra peyvənd vurdura bilər”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi