Korona adı ilə xəstəxanaya yerləşdirildi - bədənindən çıxan həkimləri belə şoka saldı - VİDEO
Giresunda uzun müddətdir fiziki və əsəbi yorğunluq yaşayan Tevhide Özkaya adlı qadın korona şübhəsi ilə xəstəxanaya yerləşdirilib.
Xəbər verilir ki, müayinə zamanı qadının ürəyində 9 sm ölçüdə şiş olması həkimləri belə təəccübləndirib. Həkimlər bu şişin nadir olduğunu söyləyiblər. Ürəyin yarısı böyüklüyündə olan şiş uğurlu əməliyyatdan sonra çıxarılıb. Həkim Koray Ak, "Bu boyda bir şişlə bu qədər uzun müddət yaşaya bilməsi möcüzədir" deyib.Milli.Az